Azərbaycanda qızla intim görüntülərini paylaşan tiktoker saxlanıldı

Azərbaycanda qızla intim görüntülərini paylaşan tiktoker saxlanıldı
Hadisə 919

İntim görüntülər paylaşan tiktoker saxlanılıb.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Həmidxan Qafarov (soyad şərtidir) fevralın 26-da "TikTok" sosial şəbəkəsində saxta hesab yaradaraq qızla olan intim görüntülərini paylaşıb.

Bu əməlinə görə o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və bir daha belə hallara yol verməyəcəyini deyib. Zərərçəkən şəxs də Həmidxan Qafarovla barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə H.Qafarov 500 manat cərimələnib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Beyləqanda qadın su kanalında batıb

Beyləqanda qadın su kanalında batıb

Beyləqanda qadın su kanalında batıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının II Aşıqlı kəndinin ərazisindən keçən hissəsində...

39 Hadisə 23:12 15 avqust 2026

Son xəbərlər