İrandan təxliyə edilən Pakistan vətəndaşı: "Azərbaycanda özümü təhlükəsizlikdə hiss edirəm"
Fevralın 28-i saat 8:00-dan martın 9-u saat 18:00-dək İrandan Azərbaycana ümumilikdə 2 057 nəfər təxliyə olunub.
Təxliyə olunan xarici ölkə vətəndaşları Baku TV-yə açıqlama veriblər.
Kanada vətəndaşı bildirib ki, Tehrandan Astaraya qədər avtomobillə gəlib, daha sonra sərhədi keçərək Azərbaycana daxil olub:
"Tehrandan gəlirəm, Kanadaya gedirəm. Tehrandan Astaraya qədər maşınla gəldim və Astaradan buraya keçdim. Mən Torontoda yaşayıram. Tehranda bəzi insanları ziyarət edirdim. İndi isə Torontoya qayıdıram. Böyük bombalar və güclü partlayış səsləri eşitdim, amma heç nə görmədim. Çünki hadisələr həmişə uzaqda baş verirdi. Sadəcə, qalxan tüstünü gördüm".
Pakistan vətəndaşı isə Astara sərhədindən Azərbaycana keçməyə icazə verildiyi üçün Azərbaycan hökumətinə təşəkkür edib: "Mən pakistanlı olaraq Azərbaycanda özümü təhlükəsiz hiss edirəm. İrandakı xoşagəlməz vəziyyətə görə Astara sərhədindən keçib Azərbaycana gəlmək mənim üçün asan və rahat yol oldu. Bir müddət Bakıda qalmağa və daha yaxşı günləri gözləməyə üstünlük verəcəyəm. Daha sonra isə Pakistana və ya İrana qayıda bilərəm".
Oxşar xəbərlər
Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvana eniş edib
Martın 5-dən İranın dron hücumları səbəbindən fəaliyyətini müvəqqəti dayandıran Naxçıvan Beynəlxalq Hava Limanı artıq fəaliyyətini bərpa edib. "Report"un yerli...