Təmir işlərinə görə 7 marşrut başqa yolla hərəkət edəcək
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.
Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələrindən təşkil olunur.
Oxşar xəbərlər
Məktəbdə qalmaqal: Yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Tovuz rayonunun Əyyublu kəndində müəllimlər arasında dərs bölgüsü narazılığa səbəb olub. BAKU.WS xəbər verir ki, şəhid Rövşən Alıyev adına tam orta məktəbdə ibt...