Teledərslərin sabahkı cədvəli açıqlanıb - QRAFİK

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 31 mart üçün nəzərdə tutulan teledərslərinin cədvəli açıqlanıb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, teledərslər saat 10:00-da başlayacaq.
Sabaha olan cədvəli təqdim edirik.
Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir.
Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Oxşar xəbərlər
Təhsil Nazirliyindən “Dərs vaxtı” ilə bağlı AÇIQLAMA - VİDEO
Bu gündən “Dərs vaxtı” proqramı çərçivəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən start veriləcək. BAKU.WS xəbər verir ki, “Də...
