Metroda doğulan körpə süni tənəffüs aparatından ayrıldı - DURUMU
Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında dünyaya gələn körpənin səhhətində müsbət dinamika müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata əsasən, yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib. Vəziyyətində yaxşılaşma müşahidə olunur:
"Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır. Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası şöbəsində davam etdirilir",- bildirilib.
Qeyd edək ki, avqustun 8-də Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında oğlan uşağı dünyaya gəlib.
Oxşar xəbərlər
Azərbaycanda ortaaylıq əməkhaqqı artıb
Azərbaycanda ortaaylıq nominal əməkhaqqı artıb. Bu barədə BAKU.WS-ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, 2026-cı ilin yanvar-may aylar...