TƏBİB: “Xəstəlik hələ yekunlaşdırılmayıb, böyük təhlükə qabaqda dayana bilər”
“Epidemioloji qanuna uyğunluğa görə, vaksinasiya problemi həll olunmayana qədər virusun ölkə əhalisinin əksəriyyətinə yoluxması baş verə bilər”.
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
TƏBİB rəhbəri qeyd edib ki, karantin rejimi tədricən və nəzarət altında aradan qaldırılmasa, yenidən kütləvi patogenliyi artıra bilər:
“Belə olan halda reanimasyon yardım tələb edən halların artması baş verə bilər. Bu da xəstəxanaların imkanlarının xaricinə çıxa bilər. Arzuolunmaz və faciəvi nəticələr yarana bilər.
Əldə olunmuş nailiyyətlər laqeydliyə və etinasızlığa yola açmamalıdır. Əksinə, bilinməlidir ki, xəstəlik hələ yekunlaşdırılmayıb. Ən böyük təhlükə hələ qabaqda dayana bilər”.
Oxşar xəbərlər
Azərbaycanda daha sərt karantin rejimi tətbiq oluna bilər - TƏBİB əhaliyə çağırış etdi
“Hələ də karantin rejiminə əməl etməyib virusu yayan vətəndaşlarımız var”. BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operat...