TƏBİB sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Əgər biz xaricdən gələn insanları xəstəxanada saxlamasaq, həmin şəxslər ətrafdakılar və onların ailələri üçün təhlükə yarada bilər. Onların gözləmə müddətini isə həkim müəyyən edir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev mətbuat konfransında deyib.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə sosial şəbəkələrdə xəstəxanalarla bağlı yayılan görüntülərə münasibət bildirib. O qeyd edib ki, TƏBİB xəstəxanaların təhvil-təslim prosesinə bu ilin yanvar ayından başlayıb:
"Proses hələ də davam edir. Ona görə də xəstəxanalardakı vəziyyətin yaxşılaşdırılması istiqamətində çalışırıq. Nə qədər çox insan yoxlanılsa, xəstəlik riskini bir o qədər aradan qaldıra bilərik".
Oxşar xəbərlər
Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib
"İran-Azərbaycan sərhədinin bağlanması bizim səlahiyyətimizdə deyil. Amma vətəndaşlar da bizimlə əl-ələ verib işləməlidir". BAKU.WS-in xəbərinə görə, bunu Nazir...