Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
"İran-Azərbaycan sərhədinin bağlanması bizim səlahiyyətimizdə deyil. Amma vətəndaşlar da bizimlə əl-ələ verib işləməlidir".
BAKU.WS-in xəbərinə görə, bunu Nazirlər Kabineti yanında koronavirusla əlaqədar yaradılan Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, 10 gündür, İranda koronavirus aşkarlanıb, hələ də ora ilə gediş-gəliş davam edir: "İnsanlar özləri gediş-gəlişi azaltmalıdır. Hətta sərhədi keçən qızdırması olmayan şəxslərə də xüsusi vərəqələr paylanılır, tövsiyə edirik ki, evdən az çıxsınlar, diqqətli olsunlar".
Məktəblərdə tətil elan olunmasına gəlincə, Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib ki, məktəb və bağçalarda dezinfeksiya işləri aparılır.
“Xəstə uşaqların məktəbə və bağçaya aparılmaması lazımdır. Hazırda məktəblərin bağlanması müzakirə olunmur. Koronavirus o qədər geniş yayılmayıb ki, bu cür qərar verilsin. Koronavirusun yayılması genişlənərsə, məktəb və universitetlərin bağlanmasından söhbət gedə bilər”, - deyə C. İsayev qeyd edib.
Oxşar xəbərlər
TƏBİB sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirdi
"Əgər biz xaricdən gələn insanları xəstəxanada saxlamasaq, həmin şəxslər ətrafdakılar və onların ailələri üçün təhlükə yarada bilər. Onların gözləmə müddətini i...