Koronavirus şübhəsi ilə karantində saxlanılanların sayı açıqlandı

Bu gün Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır.
BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahının koronavirusla bağlı keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, onlardan 12-si İran, biri İtaliya, 7-si isə digər ölkə vətəndaşlarıdır:
"Hazırda onların müayinə cavabları gözlənilir".
Koronavirus aşkarlanan şəxsin durumuna gəlincə, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib ki, o, dərhal karantin məntəqəsinə aparılıb və xüsusi boks şəraitində saxlanılır. Onun sözlərinə görə, həmin şəxsin durumu stabildir, vəziyyətində ağırlaşma yoxdur.
Oxşar xəbərlər
Qərargah: Sərhəddə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb
Nazirlər Kabineti yanında operativ qərargah koronavirus şübhəsi ilə karantində olan şəxslər barədə növbəti dəfə məlumat yayıb. BAKU.WS xəbər verir ki, operativ...
