Qərargah: Sərhəddə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb

Nazirlər Kabineti yanında operativ qərargah koronavirus şübhəsi ilə karantində olan şəxslər barədə növbəti dəfə məlumat yayıb.
BAKU.WS xəbər verir ki, operativ qərargahdan "Report"a verilən məlumatda karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat verməyin çətin olması qeyd edilib:
"Ancaq xüsusilə bildirmək istəyirik ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hal-hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur.
Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq. Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hal-hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir".
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxmuş xəstənin son durumu açıqlandı
Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirus faktı aşkarlanmış xəstənin son durumu ilə bağlı məlumat yayıb. BAKU.WS xəbər verir ki, oper...
