TƏBİB rəsmisi: "Dünyada hər dəqiqə vərəm xəstələrindən ikisi ölür"
Yeniliklərdən dərhal xəbərdar olun
“Statistikaya görə, 2020-ci ildə dünyada 10 milyon insan vərəmə yoluxub”.
BAKU.WS “report”a istinadla xəbər verir ki, bunu TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin məsləhətçisi Nehmət Rəhmanov deyib.
O bildirib ki, onlardan 1,5 milyonu vəfat edib: “Bu, o deməkdir hər dəqiqə vərəm xəstələrindən iki nəfər ölür. Bu gün vərəmin epidemioloji vəziyyətinin kəskinləşməsinin əsas səbəbi xəstəliyin dərmanlara davamlı formasıdır. Bu formaların sayı getdikcə artır. Prioritet də dərmanlara davamlı vərəm xəstələrinin sayının azaldılmasıdır”.
“Vərəm xəstəliyinin müalicəsi uzunmüddətlidir. Müəyyən dövrdən sonra xəstə özündə yaxşılaşma hiss etdiyi üçün ya müalicəni davam etdirmir, ya da fasilələrlə davam edir. Bu da fəsadlar törədir. Xəstəlik növbəti dəfə baş qaldıranda təyin olunun əvvəlki dərmanlar təsir etməyə bilər”, - o qeyd edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...