TƏBİB rəsmisi: "Bizim maskasız həyatımız olmayacaq"
"Bizim maskasız həyatımız olmayacaq".
BAKU.WS xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
“Maskanın taxılması artıq bizim yeni həyat tərzimizdir. Xahiş edirəm, həkim və azərbaycanlı kimi özünüzü qoruyun.
Əgər hər bir vətəndaş özünü qorusa, infeksiyanın yayılma zəncirində qırılma olacaq. Növbəti aylar, yaxud il ərzində - bunu dəqiq deyə bilmirəm - bizim maskasız həyatımız olmayacaq”, - deyə Yaqut Qarayeva bildirib.
Oxşar xəbərlər
TƏBİB: "Həftəsonu qapanma günlərində istədiyimiz nəticəni əldə edə bilmədik"
"Təəssüflə qeyd etmək istəyirəm ki, tətbiq etdiyimiz qısa qapanma (həftəsonu) günlərində istədiyimiz nəticəni əldə edə bilmədik”. BAKU.WS xəbər verir ki, bunu T...