TƏBİB: "Həftəsonu qapanma günlərində istədiyimiz nəticəni əldə edə bilmədik"
"Təəssüflə qeyd etmək istəyirəm ki, tətbiq etdiyimiz qısa qapanma (həftəsonu) günlərində istədiyimiz nəticəni əldə edə bilmədik”.
BAKU.WS xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Ötən gün yeni yoluxma sayının artdığını gördük. Bununla da aktiv xəstələrin sayında da artım müşahidə olunur. Təəssüf ki, itirdiyimiz xəstələrin sayı da artır. Bu statistikanın nəticəsi olaraq karantin rejimi avqustun 1-dək uzadıldı və bir neçə şəhər və rayon üzrə sərt karantin rejiminin tətbiqinə qərar verildi”, - o bildirib.
Oxşar xəbərlər
Bu tarixdə Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin arta bilər - XƏBƏRDARLIQ
"İkinci dalğa anlayışı insanları bir az çaşdırır. Məsələ ondadır ki, bütün viruslu infeksiyalar dalğalarla olur və bu dalğalar yoluxma sayının artımı, azalması...