TƏBİB-dən əhalinin küçəyə çıxması ilə bağlı VACİB MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus (COVID-19) infeksiyası ilə bağlı əhaliyə müraciət edib.
BAKU.WS-in məlumatına görə, müraciətdə deyilir:
"Bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu bəlanı nəfəs qədər yaxınımızda hiss etməyimizə səbəb olur.
Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.
Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir. Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir meneə yoxdur".
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...