TƏBİB-dən Azərbaycanda koronavirusla bağlı müsbət AÇIQLAMA
06
may
2021
12:09
"Bu gün biz kəskin karantin rejiminə getmədən sosial həyatda bəzi aktivlikləri saxlayaraq deyə bilərik ki, yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur. Bu gün bizdə yoluxma əmsalı 10 faizə yaxınlaşır. Bu da çox yaxşı nəticədir".
BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Bugünkü gündə epidemioloji vəziyyət Azərbaycan Respublikasında nəzarət altında saxlanılır və müsbət dinamikamız mövcuddur", - deyə TƏBİB-in şöbə müdiri əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda ən çox yoluxma bu ərazilərdə qeydə alınıb
Azərbaycanda ən çox yoluxma yenə də paytaxtın payına düşür. BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Oper...