Tanınmış iqtisadçı "Odlar Yurdu" Universitetinə prorektor təyin edildi

Tanınmış iqtisad elmləri doktoru, professor Elşad Məmmədov "Odlar Yurdu" Universitetində yeni vəzifəyə gətirilib.
BAKU.WS xəbər verir ki, E.Məmmədov universitetdə Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunub.
Elşad Məmmədov 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNUC) Kommersiya və Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1999-2004-cü illərdə UNEC-də böyük laborant, 2004-2007-ci illərdə baş müəllim, 2007-2015-ci illərdə isə dosent vəzifələrində çalışıb. Eyni dövrdə Kommersiya fakültəsində dekan müavini vəzifəsini icra edib və həmçinin Rabitə və yüksək texnologiyalar nazirinin məsləhətçisi kimi fəaliyyət göstərib.
2004-cü ildə Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ona iqtisad elmləri namizədi, 2015-ci ildə isə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi verilib. 2019-cu ildə AAK onu professor elmi adına layiq görüb.
Hazırda Elşad Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat (rus dilində) kafedrasının professoru olaraq fəaliyyət göstərir.
Qeyd edək ki, professor Elşad Məmmədov Azərbaycanda tanınmış ictimai xadimlərdən biri olan Azərbaycan Respublikası Ali Sovetinin sabiq sədri Yaqub Məmmədovun oğludur.
Oxşar xəbərlər
Qaraqaşlı kəndinin sakinləri: "Qazsız evlərdə qalmışıq"
Neftçala rayonu, Qaraqaşlı kəndinin sakinləri uzun illərdir mavi yanacağa çıxışın olmamasından şikayətlənirlər. Sakinlərin sözlərinə görə, evlərin yaxınlığına x...
