Sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar təsdiq edildi
Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən ''Yol hərəkəti haqqında'' qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək. Dəyişiklikdə imtahan prosesinin videoçəkilişinin aparılması nəzərdə tutulur.
Dəyişikliklər Milli Məclisdə müzakirə edildikdən sonra qəbul edilib.
Oxşar xəbərlər
Yeni sürücülük vəsiqələrində mövcüd olan qüsurlar - VİDEO
Noyabrın 11-də Milli Məclisin plenar iclasında yol hərəkəti haqqında qanuna bir sıra dəyişikliklər müzakirəyə çıxarılacaq. Dəyişikliklərdə ilk dəfə sürücülük və...