Sürücülərin nəzərinə! Sabah bu yol bağlanacaq

14
apr
2017
21:48
Qala-Pirallahı avtomobil yolunun 3-cü km-də inşa olunan yerüstü piyada keçidinin aşırım hissəsinin montajı ilə əlaqədar olaraq aprel ayının 15-dən 16-na keçən gecədən səhər saat 6-dək avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən ərazidə məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS-ə Azəravtoyol ASC-dən məlumat verilib. Məlumata görə, məhdudlaşdırma eyni saatlarda 16-dan 17-nə keçən gecə də tətbiq olunacaq. Sürücülər alternativ olaraq Zığ-Türkan-Qala avtomobil yolundan istifadə edə bilərlər.
BAKU.WS
Oxşar xəbərlər
Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq
Bakı-Şamaxı avtomobil yolunun 12,8 km-də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. "Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən BAKU.WS-ə bildirilib ki, Bakı-Şam...
