Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub
Foto
Siyasət 19

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər strateji tərəfdaşlıq gündəliyini, o cümlədən siyasi dialoq, enerji sahəsində əməkdaşlıq, Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi, bərpaolunan enerji layihələri, həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat və əlaqələndirmə məsələlərini müzakirə ediblər.

Onlar həmçinin Azərbaycan-Aİ əməkdaşlığı və regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər