Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak edib
23
sen
2026
08:08
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi keçirilən qəbulda iştirak edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ ərəfdaşlığının genişləndiyi dövrə təsadüf edir.
"Biz nəqliyyat, enerji, ticarət və investisiya sahələri də daxil olmaqla, əməkdaşlığın daha da genişləndirilməsini səbirsizliklə gözləyirik", - Azərbaycan XİN qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə gör...