Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cibutili həmkarı Abdulkader Hüseyn Omarla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə səhifəsində məlumat paylaşıb.
Tərəflər Azərbaycan-Cibuti münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli təmasların və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə mövcud imkanlardan səmərəli istifadə etməklə ticarət, iqtisadiyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.
BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və digər çoxtərəfli platformalarda koordinasiya və qarşılıqlı dəstək məsələləri də müzakirə olunub.
Azərbaycanın 2027-ci ildə İƏT Sammitinə ev sahibliyi etmək üçün hazırlıqları və qarşıdakı İƏT sədrliyi də görüşün gündəliyində yer alıb.
Nazirlər, həmçinin Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətinin inkişafını müzakirə edib, gərginliyin azaldılmasının və vəziyyətin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.
On the sidelines of #UNGA81, Minister of Foreign Affairs of Azerbaijan🇦🇿 Jeyhun Bayramov met with Abdoulkader Houssein Omar, Minister of Foreign Affairs and International Cooperation of Djibouti🇩🇯. The sides reviewed the current state and prospects of 🇦🇿-🇩🇯 relations, stressing the importance of sustained high-level contacts and political dialogue. Particular attention was given to expanding cooperation in trade, economy, education and humanitarian affairs making effective use of existing opportunities. Coordination and mutual support within the UN, OIC, NAM and other multilateral platforms were also discussed. Azerbaijan’s preparations to host the OIC Summit in 2027 and its upcoming OIC Chairmanship were also touched upon during the meeting. Ministers also discussed evolving security situation in the broader Middle East and emphasized the importance for reducing tensions and resolve the situation peacefully. #Azerbaijan #Djibouti #UNGA81 🇦🇿 🤝 🇩🇯
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 22, 2026
Oxşar xəbərlər
Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyənlərə bildiriş ünvanlayıb
Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyən vətəndaşlara bildiriş ünvanlayıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi "X"...