Ayrı soyadlar ər-arvad münasibətlərinə necə təsir edir?
Ər-arvadın nikahdan sonra fərqli soyad daşımasının boşanma ehtimalını 50 faiz artırması ilə bağlı fikirlər həqiqəti əks etdirmir.
BAKU.WS xəbər verir ki, bunu ailə psixoloqu Andrey Kleverin "Sputnik" radiosuna bildirib.
Mütəxəssisin sözlərinə görə, həyat yoldaşlarının fərqli soyad daşıması bəzi hallarda tərəflər arasında müəyyən psixoloji məsafənin yaranmasına səbəb ola bilər:
"Bu, xüsusilə ailədə "vahid bütöv" hissinin kifayət qədər formalaşmaması ilə əlaqələndirilir".
Psixoloq həmçinin kişinin həyat yoldaşının onun soyadını qəbul etməməsini daxili narazılıq kimi qəbul etməsinin də mümkün olduğunu qeyd edib. Lakin bu amillərin münasibətlərin taleyini müəyyənləşdirəcək qədər güclü olmadığını vurğulayıb.
Kleverin fərqli soyadların praktiki üstünlüklərinə də diqqət çəkib:
"Qadının nikahdan sonra soyadını dəyişməməsi şəxsiyyət və digər sənədlərin yenilənməsi zərurətini aradan qaldırır və bununla bağlı əlavə bürokratik prosedurlara ehtiyac qalmır. Eyni zamanda, qadının sənədlərinin dəyişdirilməməsi mümkün ayrılıq zamanı da müəyyən rahatlıq yaradır. Belə halda sənədlərin yenidən dəyişdirilməsi ilə bağlı əlavə prosedurlar ortaya çıxmır.
Bununla belə, soyad məsələsinin hüquqi və emosional tərəfləri nikahın pozulması barədə yekun qərara təsir edən əsas amillər sayıla bilməz".
Kleverin öz peşəkar təcrübəsinə əsasən, ər-arvadın fərqli soyad daşıması ilə real boşanma halları arasında ciddi və birbaşa əlaqə müşahidə olunmur.
Oxşar xəbərlər
Sabah bir sira yaşayış məntəqələrində işıq olmayacaq
Sentyabrın 23-də Babək rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji...