Sürücülər bundan sonra cəriməni ödəməsələr... - QANUN SƏRTLƏŞDİRİLİR
15
dek
2017
12:13
Bu gün Milli Məclisdə "Yol hərəkəti haqqında" Qanuna maraqlı dəyişikliklər ediləcək.BAKU.WS-in məlumatına görə, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.Onun sözlərinə görə, əsas yenilik odur ki, bu dəyişiklik qüvvəyə mindikdən sonra avtomobilini qeydiyyatdan keçirərkən (o cümlədən addan-ada keçirdərkən), texniki baxışdan keçirərkən və sürücülük vəsiqəsini dəyişərkən, şəxsin yol hərəkəti qaydalarını pozmaya görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilməmiş həmin proses həyata keçirilməyəcək."Yəni qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək, sürücülük vəsiqəsi dəyişdirilməyəcək. Ona görə də qaydaları pozmayın, pozduqda da cəriməni vaxtında ödəyin ki, sonra yeni problem meydana çıxmasın", — Hüseynov qeyd edib.BAKU.WS
Oxşar xəbərlər
2 həftəyə 300-dən çox sürücü cərimələndi - XƏBƏRDARLIQ
Avtomobilini texniki baxışdan keçirməyən minik avtomobillərinin sürücülərinə reydlər davam edir.Bu barədə BAKU.WS-ə Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin böl...