Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq
Sosial 302

Builki Formula-1 yarışlarına hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) “Abşeron Mariott” otelinə (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) qədər hissəsində hərəkət məhdudlaşdırılacaq.

BAKU.WS Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edir.

Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər