Sürücülərin NƏZƏRİNƏ: Bakının bu ünvanlarında tıxac var - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının əsas küçə və prospektlərində avtomobil sıxlığı var.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Hazırda tıxac olan yolların siyahısını təqdim edirik:
Bakı-Sumqayıt şosesi – Xırdalan dairəsindən istiqamətindən başlayaraq 20 Yanvar dairəsi istiqaməti;
Binəqədi şosesi – əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində;
Babək prospekti – Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində;
Qara Qarayev prospekti – Koroğlu metro stansiyası istiqamətində;
Zabrat şosesi – Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra Heydər Əliyev prospekti istiqamətində;
Mikayıl Əliyev küçəsi – Heydər Əliyev prospekti, köməkçi yol istiqamətində;
Yavər Əliyev küçəsi – Aeroport şossesinə çıxan yol.
Oxşar xəbərlər
Bakıda tıxac var - ÜNVANLAR
Bu gün səhər saatlarında Bakının bəzi ərazilərində tıxac yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilir ki, Bakı...