Bakıda tıxac var - ÜNVANLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Bakının bəzi ərazilərində tıxac yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti), Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqaməti), Binəqədi şosesi - (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Abdulvahab Salamzadə küçəsi - Əsas yol - (Qələbə dairəsindən başlayaraq, Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq müşahidə olunur.
Həmçinin Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var.
Oxşar xəbərlər
Bakının əsas küçə və prospektlərində sıxlıq var - SİYAHI
Hazırda Bakının əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunur. Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmət...