Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollar bağlanır
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən olunmuş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.
BAKU.WS xəbər verir ki, bununla əlaqədar, "WUF13 Azərbaycan" Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.
Monitorinq Bakı Kristal Zalı, "Fairmont Baku Flame Towers", "Four Seasons Hotel Baku", "JW Marriott Absheron Baku", "The Ritz-Carlton", Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Məhdudiyyətlərin tətbiq olunacağı dəqiq ərazilər və digər məlumatlar növbəti mərhələdə ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.
Oxşar xəbərlər
BŞİH: Bakıda intensiv yağışlar fəsadlar törədib, qurumlar gücləndirilmiş rejimdə işləyir
Aprelin 4-dən başlayaraq ölkə ərazisində müşahidə olunan intensiv xarakterli yağıntılar bir sıra fəsadlar törədib. Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) BAKU.W...