Süd vəzi xərçəngi CAVANLAŞIR - Onkoloq əsas SƏBƏBLƏRİ açıqladı

Süd vəzi xərçəngi CAVANLAŞIR - Onkoloq əsas SƏBƏBLƏRİ açıqladı
Açıqlama
Sosial 168

Süd vəzi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növlərindən biridir və erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Bu xəstəlik zamanı süd vəzin toxumalarında şiş əmələ gəlir və vaxtında müalicə olunmazsa ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Sağlamlıq mütəxəssisləri müntəzəm özünü yoxlama və skrininq testlərinin xərçəngin erkən mərhələdə aşkarlanması üçün vacib olduğunu vurğulayırlar.

BAKU.WS xəbər verir ki, bu ilin 9 ayı ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib. Bəs Azərbaycanda süd vəzi xərçənginin yaşı neçədir?

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən onkoloq İbrahim Əsədli bildirib ki, təxminən 30 il qabaq 60-70 yaşlı qadınlarda süd vəzi xərçəngi daha çox rast gəlinirdi:

Süd vəzi xərçəngi CAVANLAŞIR - Onkoloq əsas SƏBƏBLƏRİ açıqladı

"Amma indi xərçəng getdikcə cavanlaşıb. Yenə də ən çox rast gəlinən yaş qrupu 50 yaş üstüdür. Ancaq tək-tük hallarda 18-20 və daha üst yaşda olan qadınlarda rast gəlinir."

Onkoloq süd vəzi xərçənginin artma səbəblərindən də danışıb. O, problemin əsasən ekologiya ilə bağlı olduğunu qeyd edib:

"Süd vəzi xərçəngindən əziyyət çəkən qadınların sayının artmasının səbəbi xarici və daxili ekologiyanın pozulmasıdır. Qadınlarda da xüsusi olaraq psixoloji pozuntulardan qaynaqlanır. O cəhətdən qadınlar daha həssasdır."

Süd vəzi xərçəngindən qorunmaq üçün sağlam həyat tərzi çox önəmlidir. Qadınlara balanslı qidalanmaq, müntəzəm fiziki aktivliklə məşğul olmaq və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur. Həmçinin, ildə ən az bir dəfə həkim müayinəsindən keçmək və mammoqrafiya kimi profilaktik testlər etdirmək xəstəliyin qarşısını almaqda mühüm rol oynayır.

Şahanə Xankişiyeva

Son xəbərlər