İstirahət günləri hava necə olacaq? - PROQNOZ

Həftəsonu Bakıda və Abşeron yarımadasında günəşli və isti hava şəraiti müşahidə olunacaq, mülayim cənub-şərq küləyi əsəcək.
“Report” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, havanın temperaturu günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarında da isti və günəşli hava şəraiti müşahidə ediləcək. Maksimal temperatur günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti olacaq.
Ən sərin hava şəraiti respublikanın dağlıq ərazilərində - Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında və Lənkəran-Astara bölgəsinin dağlıq ərazilərində müşahidə ediləcək, günorta saatlarına 25-30 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Bayram günlərində hava necə olacaq?
Bayram günlərində Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 21-24-d...
