Sərxan Kərəmoğlunun QƏRARI - İştirakçılar göz yaşlarını saxlaya bilmədi - FOTO
23
dek
2018
00:22
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub. BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışma 10 iştirakçının mübarizəsi ilə davam edir. SMS səsverməsi ilə bağlı Ramil Nabranla Sərxan Kərəmoğlunun şəklini atanların sayı bərabər olduğundan gün ərzində gələn səslər hesablanıb. Nəticədə Ramil Nabrana gələn səslər 40 faiz, Sərxana gələn səslərin faizi isə sıfır olduğundan SMS səsverməsinə də o çıxarılıb. Sərxan Kərəmoğlu bu gün öz istəyi ilə bura çıxdığını deyib. O qeyd edib ki, gözəl şou görmək istəyən ona səs versin. Sərxan hədəfini açıqlamasa da, onun Ramil Nabranla mübarizə apardığı sirr deyil. Çünki o, bu gün Mansuru ötən gün qruban verənlərə qarşı mübarizə aparacağını, onun qisasını alacağını bildirib. Mansura isə məhz Ramil Nabranın SMS səsverməsinə çıxmağı tövsiyə etdiyi bəllidir. Beləliklə iki qrup arasında mübarizə başlayıb. Nəticə isə bir neçə dəqiqə sonra bəlli olacaq. Nəhayət 61 faizdən çox səs toplayan Sərxan Kərəmoğlu mübarizədən qalib ayrıldı. Onun hədəfi isə hər kəsi şoka saldı. Hətta Nazilə Səfərli, Dilarə, Səmra göz yaşlarını saxlaya bilmədi. O Taleh Yüzbəyovyu şoudan kənarlaşdırdı. Beləliklə maşın Taleh üçün əldən getdi.Xatırladaq ki, yarışmada Nazilə Səfərli (şairə), Ramil Nabran (müğənni), Xose Bernardo (aparıcı), Ranar Musayev (aparıcı), Xəyalə Quliyeva (aktrisa), Sərxan Kərəmoğlu (müğənni), Samir Cavadzadə (müğənni), Dilarə Kazımava (müğənni), Səmra Rəhimli (müğənni) mübarizə aparır.BAKU.WS
Oxşar xəbərlər
Gərgin mübarizə bitdi - Maşın onun üçün əldən getdi - FOTO
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub. BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarı...