"Sovetski"dən köçürülən ailələrin sayı açıqlandı - RƏSMİ

Sovetskidən köçürülən ailələrin sayı açıqlandı - RƏSMİ
Foto Açıqlama
Sosial 214

"Hazırda "Sovetki" adlanan ərazidə dövlət mühafizəsində olan 70-dən çox tarixi abidə, həmçinin memarlıq və mədəni dəyəri olan 50-dən artıq bina yerləşir".

BAKU.WS xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.

"Ümumilikdə 120-dən artıq binanın saxlanılması, "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" əsasında həmin binaların bir hissəsinin tarixi əhəmiyyətinin və dəyərinin yenidən qiymətləndirilməsi nəzərdə tutulur.

Keçirilən işlərin əsas prioritetləri sırasında tarixi identikliyin saxlanılması, mühəndis və nəqliyyat infrastrukturunun yenilənməsi, yaşıllaşdırma işləri və yeni ictimai məkanların –həyətlərin, skverlərin və piyada zonalarının yaradılması dayanır.

Gedən dəyişikliklərin fonunda sakinlər müasir, rahat və təhlükəsiz mənzillərə köçürülməni müsbət qarşılayırlar. Artıq 400-dən çox ailə müasir və daha rahat evlərdə yaşayır",-deyə Riad Qasımov əlavə edib.

Son xəbərlər