Sosial müəssisələrdəki yaşlılar nəzarət altındadır - VİDEO
Müşahidələr göstərir ki, dünya miqyasında koronavirusun qurbanına çevrilən insanların böyük əksəriyyətini yaşlılar və əvvəllər ürək-damar, diabet və xərçəng kimi xəstəliklərə tutulmuş şəxslər təşkil edir.
Götürək elə İtaliyanı. 13 marta olan göstəricilərə görə, həyatını itirən 1016 nəfərin orta yaş həddi 79.4-dür.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, ölkəmizdə də 21 nəfər aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadırlar.
Digər dövlətlər kimi ölkəmizdə də hökumət tərəfindən intensiv qabaqlayıcı tədbirlər həyata keçirilir.
Bütün vətəndaşlarımız kimi yaşlılarımız da həm öz doğmalarının, həm də dövlətin sosial müdafiəsi ilə əhatə olunub.
Bir də əhalinin həssas qrupundan olan və qocalar evində məskunlaşan yaşlılarımız var ki, onlar da nəzarət altındadırlar.
Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Sevinc Quluzadə bildirir ki, Fondun pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 239 nəfərə xidmət göstərilir.
“Koronavirus əleyhinə görülən tədbirlərlə əlaqədar olaraq sosial xidmət müəssisəsində müvəqqəti olaraq karantin müddəti tətbiq edilir.
Müəssisə sakinlərinin müəssisəni tərk etməsinə icazə verilmir. Eləcə də onların qohumları, yaxınları tərəfindən ziyarət edilməsinə də qadağa qoyulub.
Mütəmadi olaraq müəssisədə dezinfeksiya işləri aparılır və ciddi şəkildə sanitar-gigiyenik vəziyyətə riayət edilir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əhalinin həssas qrupundan olan şəxslər üçün 15 sosial xidmət müəssisəsi fəaliyyət göstərir.
Bu müəssisələrin hər birində koronavirus əleyhinə mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Həmçinin tənha yaşayan ahıl və əlilliyi olan şəxslər də diqqət mərkəzindədirlər.
Qeyd edək ki, virusun yaşlılar arasında belə çox yayılmasına başlıca səbəb onların immunitetlərinin cavanlara nisbətən daha zəif olmasıdır.
Oxşar xəbərlər
“Şainçik, danış, mənə pul versinlər...” – Şok VİDEO
2016-ci ilədək aprel məğlubiyyət, daha doğrusu itki ayı idi. Ya 1920-ci ilin 28 aprel işğalı ilə, ya da 1993-cü ilin 2 aprelində Kəlbəcəri düşmənə buraxıb çıxma...