SOS! Ruhi xəstələrin sayı durmadan artır - HESABAT
12
okt
2018
11:40
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yayımlanan son raport dünyada ruhi xəstələrin sayının artdığını ortaya çıxarıb.BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, raport "Harward" universitetinin tibb üzrə professoru Vikram Patelin rəhbərliyi altında 28 alim tərəfindən hazırlanıb.O, vəziyyətin həddindən artıq qorxulu olduğunu, lakin heç bir ölkənin bu məsələ ilə ciddi maraqlanmadığını bildirib. "İnsanların ruhi sağlamlığı qədər başqa heç bir şeyə bu qədər laqeyd yanaşılmadı"- deyə, öz təəssüfünü bildirib və həyəcan təbili çalıb.Hesabatda dünyada 300 milyon insanın depressiyada olduğu göstərilib. Hesabatda göstərilən rəqəmlər dəhşətlidir: Təxminən 50 milyon insan psixi pozğunluqdan, 23 milyon insan şizofreniyadan, 60 milyon insanın isə bipolyar pozğunluqdan əziyyət çəkir.Hesabat bu həftə Londonda ilk dəfə səhiyyə nazirlərinin iştirakı ilə təşkil ediləcək ruhi sağlamlıq sammiti öncəsi yayımlanıb.BAKU.WS
Oxşar xəbərlər
Dünyada 2 milyard yoxsul insan var
Dünya Humanitar Yardım Günü münasibətilə hazırlanan hesabata görə, hazırda dünyada 2 milyard insan yoxsulluq, 753 milyon isə bu həddən də aşağı səviyyədə yaşayı...