Hər 6 saniyədə bir nəfər ölür
Dünyada hər 6 saniyədə bir, ildə təqribən 6 milyon insan siqaret çəkdiyinə görə üçün ölür.
BAKU.WS xəbər bverir ki, bu barədə 9 Fevral - "Dünya siqaretdən imtina günü" münasibətilə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatında bildirilir. ÜST siqaretdən istifadənin azaldılmayacağı təqdirdə bu rəqəmin 2030-cu ildə 8 milyona yüksələcəyini bildirib.
Türkiyə siqaretin tərgidilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə 6-cı sırada yer alır. Bu siyahıda 1-ci yerdə Braziliya var. Ən ciddi nəzarət tədbirləri Türkmənistanda həyata keçirilir. Ən bahalı siqaret isə Avstraliyada satılır.
Siqaretdən ən çox ölənlər Çindədir. Belə ki, bu ölkədə siqaret hər il 1.3 milyon insanın həyatına son qoyur.
Amma bu öldürücü vərdiş həm də qazanc mənbəyidir. Hesablamalara görə, dünya iqtisadiyyatında siqaretin illik dövriyyəsi 1 trilyon dollardır.
BAKU.WS
Oxşar xəbərlər
Siqaret problemi böyüyür - Firmalar satışdan İMTİNA ETDİ
Azərbaycanda siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı dayandırıb. BAKU.WS xəbər verir ki, bu barədə lent.az-a siqaret satışı ilə məşğul olan bir...