Deputat siqaretin bahalaşmasından danışdı: "Az siqaret çəksələr, daha yaxşı olar"

Deputat siqaretin bahalaşmasından danışdı: Az siqaret çəksələr, daha yaxşı olar
Sosial 3016

 

Siqaretin qiymətinin 20-40 qəpik civarında artması ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib.

Deputat AzNews.az-a bildirib ki, siqaretin qiymətinin artması dolların kursu ilə bağlıdır:

"Qiymətlər tənzimlənməyib. Azərbaycana siqaret xarici ölkələrdən idxal olunur. Ola bilər ki, onun qiymətində müəyyən dəyişikliklər olsun. Adi bir şeydir. Siqaretdir də, qiyməti artan, çörək deyil ki...".

Vahid Əhmədov hesab edir ki, siqaretin qiymətinin artması cəmiyyətdə böyük narazılıq yarada bilməz: "İnsanlar daha az siqaret çəksələr, daha yaxşı olar".

 

BAKU.WS

Son xəbərlər