Bakıda siqaretin qiymətinin ucuzlaşması xəbəri yayıldı

Bakıda siqaretin qiymətinin ucuzlaşması xəbəri yayıldı
Sosial 2627

Bakıda siqaretin qiymətinin 30 faiz ucuzlaşması xəbəri yayılıb. 

BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində bildirilib. Deyilir ki, artıq mağazalarda bütün siqaretlər 50-60 qəpik ucuz satılır. Tütün məmulatlarının qiymətinin 30 faiz ucuzlaşdığı qeyd olunur. İlk öncə bir neçə mağazaya baş çəkdik. Deyilənlər öz təsdiqini tapmadı. Mağazalarda siqaret elə həmişəki qiymətə satılır. Sonra isə topdansatış məntəqələrilə əlaqə saxladıq. Oradan da bildirdilər ki, siqaretin ucuzlaşması xəbərləri yalandır. "Heç bir ucuzlaşma yoxdur. Əksinə deyirlər ki, siqaret gələn ay da bahalaşa bilər. Hazırda siqaret satışı normaldır. Heç bir məhdudiyyət yoxdur. Qiymətlər də sabitdir”, - deyə topdansatış məntəqələrindən bildirdilər. Ziya Babayev BAKU.WS

Oxşar xəbərlər

Prezidentin qərarından sonra Azərbaycanda siqaretin qiyməti kəskin ucuzlaşa bilər

Prezidentin qərarından sonra Azərbaycanda siqaretin qiyməti kəskin ucuzlaşa bilər

"Mağazalarda siqaret od qiymətinədir. Mənim bir ay əvvəl 1,9 manata aldığım siqaret indi 3,3 manatadır. Günü-gündən də siqaretin qiymətini artırırlar. Dollar bi...

8265 Sosial 10:56 15 yanvar 2016

Son xəbərlər