Azərbaycanın nə qədər neft ehtiyatı qalıb? - OPEC-dən AÇIQLAMA

Azərbaycanın nə qədər neft ehtiyatı qalıb? - OPEC-dən AÇIQLAMA
İqtisadiyyat 3500
Ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş xam neft ehtiyatları 7 milyard barrel təşkil edib.BAKU.WS-in "Azərtac"a istinadən verdiyi xəbərə görə, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən İranın təsdiqlənmiş neft ehtiyatları 155 milyard 600 milyon barrel, Rusiyanın 80 milyard barrel, Qazaxıstanın 30 milyard barrel, Türkmənistanın isə 600 milyon barrel olub.Dünyada təsdiq olunmuş neft ehtiyatlarına görə ilk sırada 302 milyard 809 milyon barrel ilə Venesuela, ikinci yerdə 266 milyard 260 milyon barrellə Səudiyyə Ərəbistanı, üçüncü sırada İran (155,6 milyard barrel), dördüncü yerdə 147 milyard 223 milyon barrel ilə İraq, beşinci sırada isə 101 milyard 500 milyon barrellə Küveyt qərarlaşıb. Dünyada təsdiqlənmiş neft ehtiyatları ən az olan ölkə 198 milyon barrel ilə Belarusdur.Dünya üzrə təsdiq edilmiş xam neft ehtiyatları 1 trilyon 482 milyard 773 milyon barrel olub. Bu həcmin 81,9 faizi, yəni 1 trilyon 214 milyard 209 milyon barreli OPEC-ə üzv ölkələrdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə təsdiq olunmuş neft ehtiyatları 57 milyard 769 milyon barrel, keçmiş Sovet İttifaqı ölkələrinin ehtiyatları isə 118 milyard 886 milyon barreldir.BAKU.WS

Son xəbərlər