Somali prezidenti azərbaycanlı cütlüyün nikah şahidi oldu
Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Eyni zamanda ona "ASAN xidmət" modeli ilə bağlı təqdimat edilib.
Somali prezidenti burada, həmçinin, azərbaycanlı cütülüyün nikahında iştirak edərək şahid olub.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Sürücülərin nəzərinə - Bu mesajlara ALDANMAYIN
Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələ...