SOCAR-dan Ukrayna xalqı üçün humanist addım: "Azərbaycana təşəkkür edirik"

SOCAR-dan Ukrayna xalqı üçün humanist addım: Azərbaycana təşəkkür edirik
Video
Sosial 60

Ukraynada Rusiyanın hava zərbələri və sərt şaxtalar nəticəsində yaranan enerji böhranı fonunda Azərbaycanın humanitar yardımı və dəstəyi davam edir.

Baku TV-nin məlumatına görə, bu missiya çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR Energy Ukraine"in Kiyev vilayətindəki yanacaqdoldurma məntəqələrində sakinlərə dəstək nöqtələri yaradılıb.

Belə ki, işıq və istilik çatışmazlığından əziyyət çəkən Kiyev sakinləri burada fasiləsiz enerji, istilik və yüngül qidalar ilə ödənişsiz təmin olunurlar. SOCAR Ukraynanın digər vilayətlərindəki bütün obyektlərində də bu kimi nöqtələri tezliklə istifadəyə verməyi planlaşdırır. Bunlar ümumi olaraq "dözümlülük məntəqələri" adlandırılır. Buna səbəb Kiyev başda olmaqla Ukraynanın əksər vilayətlərində sərt şaxtalar fonunda kəskin enerji və istilik çatışmazlığı səbəbindən həyatın dözülməz vəziyyətdə olmasıdır. Kiyev sakinləri sözügedən təşəbbüs barədə təəssüratlarını bölüşərək Azərbaycana təşəkkürlərini bildiriblər.

"SOCAR-ın bu humanist addımı soyuqdan əziyyət çəkən insanlar üçün bir ümid yeridir. Burada rahat qidalana və isinə bilirik. Bu təşəbbüs həm dövlətlərimiz, həm də xalqlarımız arasında mövcud olan münasibətlərin səmimiyyətindən və möhkəmliyindən xəbər verir", - deyə Nadejda Mixaylova söyləyib.

Son xəbərlər