Səməd Vurğun, Mirzə Cəlilin kitabları Bakı zibilxanalarında (FOTO)

Səməd Vurğun, Mirzə Cəlilin kitabları Bakı zibilxanalarında (FOTO)
Sosial 1137

Bakının Yasamal rayonunda zibillikdən qalaq-qalaq kitab çıxıb.

BAKU.WS-in məlumatına görə, "Üç tac" binalarının yaxınlğındakı zibilxanaya atılan kitablar arasında Azərbaycan ədəbiyyatının görkəmli şəxslərinin əsərləri var.

SSRİ ensiklopediyaları, Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Anar, Nizami Gəncəvi və digər şair və yazıçıların kitablarını zibil qutularına kim tərəfindən atıldığı məlum deyil. Ancaq görünür kitabların sahibi həyatında "yenilik" etməyə cəhd edib.

Azərbaycan ədəbiyyatının incilərini zibilə atmaqdansa, hanısa bir kitabxanaya bağışlamaq daha məqsədəuyğun olardı. Hər halda bu kitabları pulsuz əldə etmək istəyən yüzlərlə insan var. Bir vaxtlar evlərdə rəflərə düzülən kitablar, indilərdə isə zibillikləri bəzəyir.

Jurnalist Elnarə Məmmədovanın çəkdiyi fotoları sizə təqdim edirik. 

ŞAHİN Həbibov

BAKU.WS 

 

Oxşar xəbərlər

Prezident xalq şairini mükafatlandırdı

Prezident xalq şairini mükafatlandırdı

Prezident İlham Əliyev xalq şairi Fikrət Qocaya "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, şair Azərbaycan əd...

1070 Siyasət 09:20 02 sentyabr 2015

Son xəbərlər