Azərbaycanlı səfirin oğlu istintaqa cəlb olunub

Azərbaycanlı səfirin oğlu istintaqa cəlb olunub
Hadisə 1488

  Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlu Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib BAKU.WS-in "Report"a istinadən verdiyi məlumatıa görə, Anar Həsənovun dindirilməsi sahibi olduğu şirkətin fəaliyyəti ilə bağlı olub. Belə ki, A.Həsənov bu il mayın 19-da Bakının Binəqədi rayonunda insan tələfatı ilə nəticələnən yanğından sonra bina üzləyən şirkətlərdən birinin sahibi kimi istintaqa cəlb edilib. A.Həsənov istintaqda dindirildikdən qısa müddət sonra Azərbaycanı tərk edib və həmin vaxtdan ölkəyə qayıtmayıb. Qeyd edək ki, iş üzrə aparılan araşdırmalar çərçivəsində həbs edilən "GLOBAL” Şirkətlər Qrupunun rəhbəri Miryusif Mahmudov Anar Həsənovun qayınatası, yəni səfir Abbasəli Həsənovun qudasıdır.

BAKU.WS

Oxşar xəbərlər

Suriyada 25 yaşlı azərbaycanlı öldürülüb

Suriyada 25 yaşlı azərbaycanlı öldürülüb

Suriyada daha bir azərbaycanlı öldürülüb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Zərdab rayon, Qumlu qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Tura...

2761 Hadisə 13:25 17 avqust 2015

Son xəbərlər