Bakının avtobus saxlanılması qadağan edilən yerləri (ÜNVANLAR)

Bakının avtobus saxlanılması qadağan edilən yerləri (ÜNVANLAR)
Sosial 2199

Bakıda dayanacaqdan kənar saxladığına və digər qaydaları pozduğuna görə 200-ə yaxın sərnişin avtobusu cərimə meydançasına salınıb.

BAKU.WS-in məlumatına görə, son bir həftə ərzində 16 məntəqədə reydlər keçirilib. Keçirilən reydlər zamanı paytaxtın ən çox dayanacaq kimi istifadə edilən yerləri müəyyənləşib. Həmin yerlərdə qanunla dayanacaq olmadığı üçün orada avtobus saxlamaq qəti qadağan edilib. 

BAKU.WS sərnişinlərin nəzərinə çatdırır ki, aşağıdakı ərazilərdə avtobusların saxlanması qəti qadağan edilib:

"Nizami” metrosu yaxınlığında, 2 saylı qadın məsləhətxanasının qarşısı (köhnə Qubanov küçəsində)

"Koala” parkın yanı,

"Elmlər Akademiyası”na çatmamış küçə,

"Space” Tv-nin qarşısı,

Yasamal rayonu, "Favorit” marketin qarşısı,

Badamdar yolu,

"Semaşko” xəstəxanasının qarşısı,

Azadlıq prospekti, "Gənclik” metrosuna tərəf döngənin qarşısı,

Səməd Vurğun küçəsi,

"Təzə bazar”ın yaxınlığında,

Nizami rayonu, Qara Qarayev prospekti.

Xırdalan postunun yaxınlığı.

Biləcəri döngəsi.

Rəsulzadə körpüsü.

Biləcəri körpüsü,

"Şamaxınka” adlanan ərazi. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda 100-ə yaxın sərnişin avtobusu cərimə meydançasına salındı

Bakıda 100-ə yaxın sərnişin avtobusu cərimə meydançasına salındı

Bakıda 4 gün ərzində keçirilən reydlər zamanı 97 avtobus saxlanılaraq cərimə meydançasına aparılıb. Bunu Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin...

1025 Sosial 14:10 24 avqust 2015

Son xəbərlər