Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlərin kömək istədiyi məsələyə REAKSİYA
Qəbələ şəhərinin Fəzil Rəhimov küçəsindəki antisanitar vəziyyət aradan qaldırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, hazırda ərazi tam təmizlənib:
"Şəhərdə keçiriləcək beynəlxalq festival ərəfəsində bir neçə gündür genişmiqyaslı təmizlik işləri aparılır. Həmin ərazidə zibil konteynerləri mövcuddur. Bəzi sakinlər tullantıları konteynerlərə deyil, yaxınlıqdakı əraziyə atırlar".
*** 14:30
Qəbələ şəhərinin Fəzil Rəhimov küçəsində yaşayan sakinlər ərazidə antisanitar vəziyyət yaratdığını bildiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat Oxu.Az-ın qaynar xəttinə daxil olub.
Qeyd olunub ki, başqa ərazilərdə zibil konteyneri olmadığından ətraf küçələrin sakinləri də tullantıları həmin nöqtəyə gətirirlər.
Sakinlərin sözlərinə görə, tullantılar günlərlə daşınmadığı üçün ərazidə üfunət var, həmçinin iri siçanlar müşahidə olunur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Oxşar xəbərlər
Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. BAKU.WS "Xəzər" TV-yə i...