Siqaret çəkənlərin diqqətinə – Cərimələnə bilərsiz

Siqaret çəkənlərin diqqətinə – Cərimələnə bilərsiz
Sosial 3449
 

Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan edilir. Bununla bağlı müddəa "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.

BAKU.WS-in məlumatına görə, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Musa Quliyev Trend-ə deyib ki, qanun layihəsi qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsində bununla bağlı cərimələr müəyyənləşəcək: 

"İndidən cərimənin məbləğinin nə qədər olacağını demək çətindir, ancaq cərimələr mütləq müəyyənləşəcək”.

Həmçinin, qanun layihəsinə əsasən, əgər siqaret çəkən şəxs bunun nəticəsində digər şəxslərin sağlamlığına və ya əmlakına ziyan vurarsa, bunu ödəmək məcburiyyətində olacaq.

Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul olunub.

BAKU.WS

Oxşar xəbərlər

Metroda siqaret çəkilməsi ilə bağlı cərimə artırılır - 500 AZN

Metroda siqaret çəkilməsi ilə bağlı cərimə artırılır - 500 AZN

Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputatlar "Tütün məmulatlarının istif...

1758 Sosial 11:28 05 iyun 2017

Son xəbərlər