“Sipark” şirkətinin vəkili xüsusi açıqlama yaydı: “Məhkəməyə müraciət edəcəyik”
Yeniliklərdən dərhal xəbərdar olun
“Bildirmək istəyirik ki, bəzi saytlarda “Sipark” şirkəti və onun təsisçiləri haqqında həqiqətdən uzaq, təhqir və böhtan dolu yazılar yayılıb. Həmin məqalələrdə göstərilənlərin hamısı qərəzli olmaqla, böhtan xarakterlidir, şərəf və ləyaqəti, işgüzar nüfuzu qəsdən ləkələmək məqsədi daşıyır. Xatırladırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyi bu cür təhqir və böhtan xarakterli yazıları dərc edən şəxslər, o cümlədən kütləvi-informasiya vasitələri üçün çox ciddi məsuliyyət müəyyən edir. Bir daha bəyan edirik ki, “Sipark” şirkətinin və onun məqalədə adı keçən rəhbər şəxslərinin orada adları göstərilən insanlarla və hadisələrlə heç əlaqəsi yoxdur. Buna görə də biz öz şərəf və ləyaqətimizin müdafiəsi və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə, həmçinin hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.
“Sipark”dan BAKU.WS-ə verilən məlumata görə, xəbəri ilk yayan sayt artıq bunu öz səhifəsindən silib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yürüş keçirildi, şüarlar səsləndi - VİDEO, FOTOLAR
Bu gün “Sipark” şirkətinin əməkdaşları İlham Əliyevin qələbəsi münasibəti ilə yürüş keçiriblər. Onlarla şirkət əməkdaşı əllərində dövlət bayrağı ilə şirkətin “G...