Hadı Rəcəbli ev alması xəbəri barədə açıqlama verdi

Hadı Rəcəbli ev alması xəbəri barədə açıqlama verdi
Sosial 5923

Millət vəkili Hadı Rəcəbli mətbuatda güzəştli şərtlərlə ev alması barədə yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, Hadı Rəcəbli sosial şəbəkədə bunları bildirib:

2016-ci il Azərbaycan mətbuatında birçox yalan və böhtanlarla dolu, əsassız informasiyaların yayılmasına şahid olduq.

2017-ci ildə nəhayət bu tipli məlumatların olmayacağına, mətbuatın daha dolğun və əsaslı məlumatlar yazacağına inansaq da, yeni il başlayar başlamaz yeni bir qarayaxmanın şahidi olduq.

Bu tipli yalanları yayanlar ölkədə olan sabitliyi və əminamanlığı pozmağa, müxtəlif kateqoriyadan olan hessas qruplari,sade insanları hakimiyyətə qarşı qaldırmağa çalışırlar və bu baş tutmadığı halda çirkin niyyətlərindən əl çəkməyərək müxtəlif sahələri əhatə edən yalanlar uydururlar.

Hörmətli deputatımız Hadi Rəcəbli nedense bele iftiralara və yalanlara mütəmadi tuş gəlir. 

Son bir neçə müddətdir ki 45 ildən çox siyasi səhnədə olan bir tanınmiş şəxsiyyətə ağsaqqala bu qədər böhtan atmaq dözülməzdir. İndidə fantaziya ona çatıb ki guya bu deputata Mənzil veriblər özüdə Oktay Əsədovla qonşuluqda. 

Tamamilə yanliş olan bu məlumat əksər saytlarda feysbuk səhifələrində yayılıb hətta etikadan kənar şərhlərlə müşayət olunub. 

Hadi müəllim Allah sizə dözüm, insafsız qarayaxan böhtançı yazarlara insaf versin.

BAKU.WS

Son xəbərlər