Pensiyalar artacaq, yeni iş yerləri açılacaq (VİDEO)
Gələn il pensiyaların həcmində artımlar ola bilər. Çünki gələn il üçün bu məqsədlə ayrılan pul nisbətən çoxdur.
Bunu Milli Məclisin komitə sədri Hadı Rəcəbli "Azərbaycanın 2017-ci il və gələn 3 il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası "nı "Xəzər Xəbər"ə şərh edərkən deyib.
Hadı Rəcəblinin dediyinə görə, Azərbaycanda heç bir sosial xərc azaldılmayıb, əksinə bütün sosial yönümlü xərcləmərlərdə yüksəlmə var. Bunu elə bu məqsədlər üçün növbəti ilin büdcəsində nəzərdə tutulan rəqəmlər də təsdiqləyir. Belə ki, bu il sosial yönümlü xərclər 1 milyard 800 milyon manat təşkil etdiyi halda, gələn il həmin məqsədlər üçün 2 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Konsepsiyada əsas diqqətçəkən məqamlardan biri də geniş şəkildə özünəməşğulluq proqramlarının icrasıdır.
Parlamentin komitə sədrinin sözlərinə görə, məşğulluğun təmin edilməsi üçün tikinti sektorunu canlandıracaq addımlar da atılacaq.
Bu il mövcud olan 492 manatlıq orta aylıq əməkhaqqının da gələn il artaraq 508 manat təşkil edəcəyi gözlənilir.
İqtisadi-Sosial İnkişaf Konsepsiyasında nəzərdə tutulan tədbirlərin necə həyata keçirilməsi isə büdcə müzakirələrdən sonra dəqiqləşəcək.
BAKU.WS "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxşar xəbərlər
Deputatlar istəklərinə nail oldular – Əmək haqları artırıldı
Azərbaycanda gələn il üçün deputatların əmək haqqı xərcləri açıqlanıb. Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23089714 manat xərclənəcək. Bu,...