Sığortaya daxil olan ən çox bu xidmətdən İSTİFADƏ OLUNUR

2025-ci ilin ilk yarısında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində 3,6 milyondan çox şəxs tibb müəssisələrinə ümumilikdə 12,3 milyon dəfə müraciət edib. Bu müddətdə göstərilən tibbi xidmətlərin ümumi sayı isə 44,2 milyona çatıb.
İTS-dən BAKU.WS-ə verilən açıqlamaya görə, ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan-dövranı və sidik-cinsiyyət sisteminə aid xəstəliklər üstünlük təşkil edib.
Qurumdan bildirilib ki, sözügedən tibb müəssisələrində 18 milyon 523 mindən çox laborator tibbi xidmət göstərilib. Ən çox müraciət edilən laborator analizlər sırasında qanın ümumi analizi, sidik analizi, qanda qlükozanın miqdarının ölçülməsi, kreatinin testi və protrombin zamanı (PT) kimi müayinələr yer alıb.
Bununla yanaşı, cari ilin ilk yarısında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət qurumlarının tabeliyində olan tibb müəssisələri) 154 987 göndəriş verilib. 2025-ci ilin yanvar-aprel aylarında göndəriş alan vətəndaşlar bu müəssisələrdə icbari tibbi sığorta ilə 64 983 əməliyyat və prosedurdan yararlanıb. Əsas tibbi xidmətlər invaziv radiologiya, oftalmoloji müdaxilələr və ürək-damar xəstəliklərinə dair prosedurlar olub.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakı metrosunda xətlərin ayrılması layihəsinə hazırlıq işlərinə başlanılır
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tərəfindən Bakı şəhərinin nəqliyyat sistemində mühüm yer tutan metropoliten şəbəkəsinin daha da tək...
