İşdən qanunsuz çıxarılan 80 nəfər əvvəlki işinə qaytarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2022-ci ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 80 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib və onlar əvvəlki işlərinə bərpa ediliblər.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, vətəndaş müraciətləri ilə əlaqədar Xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı həmçinin işəgötürənlər tərəfindən 550 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.
Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 94,7 faizi əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, həmçinin zərərə görə ödənclər olub.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...