İşçi bazarı və ya işəgötürənlərin ixtisas tələbi: Kim haqlıdır? - VİDEO
Xadimə, qeydiyyatçı, çayçı, ofisiant və s. bu kimi ixtisassız peşələrlə bağlı vakansiyaları tez-tez görürük. Lakin maraqlısı odur ki, əmək bazarında bu peşələrə tələbat olsa da, çox vaxt işəgötürənlər bu sahələr üzrə işçi tapmaqda çətinliklər yaşayırlar.
Bəs buna səbəb nədir? Ekspertlər bildirirlər ki, belə işlər ixtisassız peşələr olsa da, çox zaman işəgötürənin işçinin üzərinə qoyduğu tələb yüksək olur.
“İşəgötürənlərin həmin ixtisassız peşələrə tələbləri artmaqdadır. Təsadüfi adamları işə götürmürlər, bəzən xarici dil zərurəti olan ofislərdə, hətta xadimədən də minimal xarici dil biliyi tələb edirlər”, - deyə hüquqşünas Sahib Məmmədov bildirib.
Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili departamentinin rəhbəri Elman Sadıqovun sözlərinə görə, bu kimi hallara səbəb çox vaxt işsizlərin və işaxtaranların əməkhaqqı ilə qane olmamalarıdır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
Ayların və günlərin önəmi: Məzuniyyət götürərkən necə edək ki, sərfəli olsun? - AÇIQLAMA + FOTO
İş insanın çövhəridir desək də, istirahətə heç kim yox deməz. İlboyu gərgin iş rejimində çalışan hər kəs məzuniyyətə çıxmağı səbirsizliklə gözləyir. Məzuniyyət...